воскресенье, 6 марта 2011 г.


Yaddaş


Nis vadisində ançarların məhedici yarpaqlarina  öz hamar olmayan hilalının uclyla toxunaraq, kiçilən ay  ölü kimi və  tutqun işıq saçır. Vadinin dərinliyində əbədi zülmətin şahlıq edtiyi  çoxlu  guşələr var və orda yaşayanlar hamsı özgə baxışlardan etibarlı surədtə qizlədilib.  Ot və kol basmış yamaclarda dağılmış saray xarabalıqlarının ortasında,  sarmaşan bitkilərin sürünən meynələri və pöhrələri döşənirlər -  sınıq sütunları və sərt monolirləri bərk-bərk toxuyaraq, onlar naməlum memarların əlləri ilə tikilmış mərmər qalereyaların uzərinə dirmaşırlar.   Viran qalmış  çöl-bayırın  ortasında ucalan nəhəng ağacların budaqlarında meymuncıqlar oynaqlaşırlar, və dərin yeraltı mağaralardan, harda ki  tükənməz xəzinələr gizlədilib,  zəhərli ilanlar və adı olmayan axçalı məxluqlar sürünüb  uzə çixırlar.
  Çox yekə daş qayalar nəm mamır yorğanın altında ölü yuxu ilə
uyuyurlar -  möhtəşəm divarlardan qalan ancaq bunlardir.  Nə vaxt isə bu divarlar əbədi qalmaq üçün tikilmişdilər və, həqiqi desək, bu günə kimi nəcib məqsədə qulluq edir, çünki qara quru qurbağası onun kölgəsində özünə sığınacaq tapıb.
   Vadinin  ən dibində San çayi öz bulanıq-suvaşqan suların axıdır.  Məlum deyil ki, bu çay mənbəyini haradan götürür və hansı sualtı mağaralara tökülür, və hətta Vadinin  İblisi özü belə xəbərsizdir ki, onun suları şırıltı ilə hara axır və nədən onların rəngi belə qızmızıdır.
 Bir dəfə  ayin şualarında olan Cin, Vadinin  İblisinə belə bir nitqlə müraciət etdi:
  -Mən qöcayam və çox şeyi yaddan çıxardmışam. Söylə mənə, daştan bu tikililəri ucaldanlar, necə görünürdilər, nə edirdilər və özlərini nəcə adlandırırdılar?
  Və İblis cabab verdi:
 -Mən - Yaddaşam və keçmiş haqqında səndən çox bilirəm. Amma hər şeyi yadda saxlamaq üçün olduqca qocayam. O kəsləri ki sən soruşursan, San çayinın suları kimi  anlaşılmaz və əlçatmaz idilər. Onların əməlləri mənim yadıma gəlmır, ona görə ki bu əməllər bir göz qırpımı qədər davam edirdilər. Onların xaricı görkəmi tutqun şəkildə mənim yadıma gəlir və düşünürəm ki onlar o budaqlardaki meymunciğa bənzəyirdilər. Və  ancaq adı həmişəlik yaddaşımda qalıb, çünki o çayın adı ilə həmahəng idi. İnsan – bu qayidmadan keçmişə qərq olmuş  yaranmışlar belə adlanırdı.
  Bu cür cababı alıb, Cin öz yerinə  aya qayıtdı. İblis isə yenə xeyli fikirli halda, viran qalmış  çöl-bayırın  ortasında ucalan nəhəng ağacların budaqlarında oynaqlaşan meymuncığa baxırdı.

понедельник, 10 января 2011 г.

Köpək

Köpək
I


   Onlar hələ də sakitləşmirlər,  bu dözulməz səslər: gözəgörünməz nəhəng qanadlarin çirpintisi və uzaqda güclə eşidlən  hansisa yekə kopəyin hürüşü, -  və məni əzab cəkməyə davam etdirirlər.  Bu yuxu deyil, qorxuram,  hətta  sayiqlama da deyl -    mənim xilaskar şübhələrimin  saxlanmasi ücün,  olduqca  cox şeylər baş verdi.  Sent-Condan galanlar budur, - şil-küt olunmuş meyid;  təkcə mən özüm bilirəm ona nə olmuşdur, və bu bilik belədir ki, nə vaxtsa mənə də belə  tale üz verəcəqini dəhşətlə qözləyin əvəzinə, öz kəlləmi daqidtmaq asan olardı. Sonsuz zülmətli sirli qöruntülərin  labirintləriylə  mənə təsəvvür edilməyəcək qorxunc Əcr yaxinlaşir  və səssizcə əmr ədir: “Özünü öldür!”.
   Bizi bu cür dəhşətli agibətə  gətirmiş o düşüncəsizliyi və geyri-saqlam ehtirasları  qöylər bizə əfv edərmi?! Hətta ən cox romantik və nəfis sevincləri      qiymətsizləşdirməyə qadir ola bilən gündəlik həyatin adiliyin dənyorularaq, biz  Sent-Conla  fikirləşmədən  özümüzü hər-bir yeni estetik və intellektual caqrişa həsr edirdik, əgər o dözülməz cansixiliciqdan nəcə bir siğinacaq tapmaqa söz verirdi.  Vaxtinda biz qizli simvolizimlərə ilhamla giymət vermiştik və estetik prerafaelitlərin  işıqlanmasina, və yenə bir cox başqalarina; ancaq bütün bu əyləncələr qözlərimizdə  olduqca tez  yeniliyin qözəlliyini və  cəlbediciliyini itirirdilər.
   Düşgünlüyin qara fəlsəfəsi, yenə hər hansi  fikirlərmizi qamçiliya bilən, sonuncu vasitə idi, lakin bu da iblisnamə sahəsində biliklərimizin  yorulmadan dərinləşməsi sayasinə başa qəlirdi. Bodler və Hüysmans tezliklə öz ilkin cəlbediciliyini itirdilər, və biz daha qüclü, hansi ki fövqaltəbii ilə biləvasitə ünsiyəttə olmaq təcurbəsi  verə bilən,  stimullar axtarmaqa məcbur olduq. Bu qorxulu ehtiyac bizi bütün yeni və yeni oyadicilari ilə, nəhayət ki,  axirda  o iyrənc əyləncələrə qətirdi, hansi ki, mənim indiki vəziyətimin dəhşətli olmasina baxmayaraq, mən başqa cür, söylənlilməz ayib və qorxu ilə,  xatırlaya  bilmirəm; aludəliyi, -  hansi ki, insan açiq-saçiqliqinin  rəzil təzahürdən başqa cür  adlandirmazsan; iyrənc məşğuliyəti,  hansı ki, qəbirin qarəti  adlanır.
    Bizim dəhşətli qazintularmizi təfsilatı ilə  yazmaqa  qücüm yoxdur, yada ki heç olmasa ən tükürpədici olan tapintilarimizin,  qarabasmalar kolleksiyamızı bəzəyən, bir hissəsini saymaq. O killeksiyani ki  biz  böyük bir daş evdə qizlicə yiqirdiq, orada biz ikimiz qulluqçilarin köməyindən imtina edərək yaşairdiq.  Bizim ev muzeyimiz özünü həqiqi küfr yer kimi təmsil edirdi: hansiysa  iblis zövqi və nevrastenik bayağılig ilə biz, özümüzin sönən hisslərmizi alıştirmaqdan ötəri, orda tamam qorxu və pozğunlıq aləmi yaratmistıq. O, yer altında, dərində, gizli zirzəmidə yerləşirdi; qara mərmərdən və oniksdən olan qanadli yekə iblislər orada qeyri-təbii yaşil və narinci işıq püskürürdilər; divarlarda qizlədilmiş borulardan  gələn hava axinlari ağir qara pərdəyə tikilmiş, qirmizi dəfn parca zolaqlarını, vəhşi ölüm rəqsiylə yellənməyə məcbur edirdilər.  Xüsusi qurğular, divardaki borulardan daxil olan  havanı müxtəlif iylərlə doldurmağa imkan verirdi; öz vəhşi istəklərmizi razi salmaq ücün, bəzən biz qəbirlərin üstünün soluxmuş zanbaqlarının qoxusunu seçirdik, bəzən – məstedici, sanki  şahanə ölülərin naməlum məbədlərindən qələn, şərq ətiriyatinın qoxusunu, hərdənsə - indi bunu xatırlayanda mən əsirəm, -  ağıziaciq qəbirin ürəkbulandiran üfunətini.
  Dəhşətli otaqin divarları boyunca  coxlu sayida  yeşiklər düzülmüşdi: bəzilərində qədim mumiyalar yerləşirdi, və obirilərində isə müqəvvacilarin  daha yeni  qözəl sənət nümunələri; buradaca dünyanin bütün  köhnə  qəbirstanlıqlarindan  yiğlmiş qəbirüstü daşlar var idi. Taxcalarda ən inanılmaz formada kəllələr və müxtəlif cürümək mərhələsində olan insan başlari saxlanirdı; böyük dövlət xadilmərinin yarıcürümüş daz başları  və qeyri adı təzə, incə qızılı gıvrım saclarla haşiyələnmiş üşaq başciqları. Burda bilavasitə axırət mövzusuna aid olan, o cümlədən bizim də  Sent-Conla mənzərəli sınaqlarmız, coxlu şəkil və  heykəllər var idi. Nazik aşlanmış insan dərisindən olad xüsusi qovluqda, həmişə örtülü, belə süjetlərə aid bir neçə rəsimlər saxlayirdıq, onlar haqqında indi də mən danışmaqa cəsarət etmirəm; bu işlərin müəllifi naməlumqir, zənn edirlər ki, onlar Goyanın özünün fırcasına məxsusdur, anaq məşhur rəssam  özü bunu heç vaxt açiqcasına boyun almaqa cürət etməzdi. Burdaca bizim musiqi alətlərmiz saxlanılırdı, həm simli, həm də nəfəsli: bizə, həqıqı iblisvari öz nəfis liyi və qeyri təbiiliyi ilə, dissonanslarda məşq etmək zövq  verirdi. Coxsaylı mozaik mücrülərə biz öz əsas yəqmalarımızı yiğirdiq - ən inanılmazlarını, ən düşünülməz əşyaları, hansılarını ki ancaq qəbir və ya məqbələrdən, bunun üçün insam ağlının qadir olduqu pozqunluq və dəlilik ilə yaraqlanaraq, oğurlamaq olardı.  Lakim bu haqda  danışmaqı  ən az cürət edirəm – allaha şükür, məni ilk dəfə intihar  etmək haqqında fikir culqamıstan cox əvvəl, bizim  qorxulu ərməqanlarımızı yox edmək üçün,   cəsarətim çatdı.
  Bizə bu cür dəhşətli xəzinələr verən, qizli çıxışlar hər dəfə bizim üçün özünəməhsus  estetik hadısə olurdu. Biz heç vaxt özümüzü vulqar qəbirstanlıq oğurularına tay tutmurduq. Ancaq orda və o vaxt iş qörürdük ki, harada və nə vaxt bunun üçün tam müəyyən daxıli və xarici şərtlər üst-üstə düşürdi, o cümlədən yerin təbiyyəti,  hava şaraiti, mövsümü, hətta ayin  müəyyən  bir mərhələsi,  və əlbəttə öz xüsusi  halətmiz.  Bizim üçün bu məşqələlər həmişə  artistcəsinə özünüifadə etmə forması idi, cünki biz qazıntıların hər bir detalına həqiqi rəssəmların tələbkarlılqı ilə yanaşırdıq. Növbəti ekspedisiyanın düzgün seçilmədiyi vaxtı, olduqca parlaq işıq,  nəmli torpaqı qazarkən yöndəmsiz hərəkət -  bütün bunlar,  bizi, yerin  hər-hansı növbəti eybəcər qabarıq sirrini çixararkən, aldıqımız  elə kəsikin məmnuniyyətən  mərhum edə bilərdı. Qazıntılar üçün yeni yerlər axtarışı və daha artıq kəskin hisslər, qızdırmalı və  davamlı olurdu – belə ki təşəbbüs həmişə Sent-Cona məxsus idi. O özü nəhayət bu lənətlənmiş, harada ki bizi qaçılmaz qorxulu  nəhs tale təqib etməyə başlayan, yeri  tapmıştı.
     Hansı bədxah taleh bizi  bu dəhşətli holland qəbirstanlıqına gətirmişti? Fikirləşirəm ki bunun səbəbi beş yuz il budan əvvəl dəfn olunmuş insan haqqinda yayilmış qarışıq-bulaşiq əfsanələr və şayiələrdir: bır vaxtlar o da qəbirləri qarət edirdi  və guya məqbərələrin birində fövqəltəbii xüsusiyyətlərə malik olan bir əşiya tapmıştı. Mən qəbiristanlıqdaki o gecəni aydınca xatırlayiram: qəbirlərin xaçlarının üzərində solqun payız qəməri, böyük qorxulu kölqələr, sıx hündür otların və çatlamış qəbirüstü daşların üzərinə kədərlə əyilmiş ağacların qəribə siluetləri, solqun ayin fonunda  qeyri adı iri  yarasaların dəstələri, qədim ibadətgahın   sarmaşiqla örtülü  divarlari, onun səssizcə tünd-boz səmaya qöstərən şpili, çəpərin yanında  qaracöhrə cənqəllikləri arasında  sonsuz  ölüm rəqsiylə capan bəzi  işıdayan böcəklər, kif qoxusu, nəm otun çürüntüsü və nəyinsə qeyri-müəyyən şeyin, uzaq bataqliqdan və dənizdən uçub gələn küləklə qarişiği; amma, bizim hər ikimizə kənardan qüclə eşidiləcək, hansı isə qörünür yəqin ki, cox yekə köpəyin, baxmayaraq ki ozü qörünmürdı, qeyri-adı gur hürüşü aqrılı  təəssurat yaradırdı – bundan əlavə hətta təxmini müəyyən etmək olmurdu  bu hürüş hansı tərəftən qəlirdi.  Buna baxmayaraq təkçə bu səs dəhşətdən lərzəyə  qəlmək üçün tamami ilə kifayət idi,  ona görə ki biz  ətraf kəndlərdə nələr danışıldıqlarını yaxşı xatırlayırdıq: bizim axtardıqımız insanım eybəcər hala salınmış meyidi neçe əsrlər bundan əvvəl  bu yerdə tapılmışdı. Onu naməlum nəhəng məxluq öz iri köpək dişləri ilə parçalamıştı.
   Mən xatırlayıram biz qəbiristanliq oğrusunun türbəsini neçə yarmışdıq, necə gah bir-birmizə, gah da qəbirə baxaraq səksənmişdik; mən hər şeyi qörən solğun ayı xatırlayıram, qorxulu nəhənq kölqələri, yekə gönlücələri, qədım ibadətgahı, rəqs edən cansız odları; xatırlayıram ürəkbulandıran iyləri və hardan qəldiyi məlum olmayan qəribə hürüşü, hansının ki  mövcud olduquna  biz axıra qədər inana bilmirdik. Amma yumşaq torpaq əvəzinə  kürək nəyə isə bərk şeyə toxundu və dərhal gözümüzün qarşısında yarıcürümüş, uzunsov, duz çöküntüsü qabıqı ilə örtülmüş yeşik göründü. Tabut geyrı-adı yekə və möhkəm, həm də olduqca köhnə idi,  buna görə də biz heç-bir çətinlik çəkmədən qapaqı sındırdiq və açilmış tamaşadan ləzzət ala  bildik. O olduqca yaxşı saxlanmışdı, sadacə təəccüblü dərəcədə yaxşı, baxmayaq ki yerin atında beş əsr qalmışdı. Naməlum məxluqun amansız köpək dişləri ilə bir neçə yerdən körlanmış skelet, son dərəcə mövkən qörünürdi.  Biz  diqqətlə heyrancasına təmiz uzun mövkən qişli və boş göz oyuqlu ağ kəlləyə baxırdıq, hansıki bu boş göz oyuqlarında  nə zamansa bu cür həyəcanla, bütün axırətə xas olan, və hal hazırda bizi fərqləndirən, nəzər yanırdı. Biz qəbirdə yeni bəzi şeylər taptiq – bu olduqca maraqlı qeyri-adı görkəmə malik həmayil idi, bunu mərhun yəqin ki boynu ətrafında dolanmış zəncirdə gəzdirirdi.  O özündən qəribə oturmuş ganadlı it heykəlciyini və ya da məharətlə heç də  böyük olmayan yaşıl nefrit parçadan qədim şərq üsluqunda yonulmuş itbaşli sfinksi ifadə edirdi. Və bütün bu məxluqdaki  şeylər  qəddarlıqı, qəzəb və  ölüm haqqında  xəbərdarlıq etmək üçün xidmət edirdi.  Aşağıda nəcürsə yazı var idi – nə Sent-Cona, nədə mənə heç vaxt belə qəribə hərifləri görmək qısmət olmamışdı, -  ustanın möhrünün yerində isə əks tərəfdə stilləştirilmiş qorxunc kəllə həkk olunmuştu.
     Həmayilı qörcək, biz anladiq ki, o mütləq bizim olmalıdır: yer üzərində mövcüd olan şeylərdən ancaq bu qeyri-adı əşya bizim cəhdlərimizin layiqli mükəfatı ola bilərdi. O bizə təmami ilə naməlum olsa da, biz ona sahib olmaqi arzu edərdik; lakin bu müəmmalı şeyə yaxından baxarkən, belə qənaətə gəldik ki bu  belə deyl.  Həmayil əslində sıravi incəsənət tarıxı kitablarını oxucusuna məlum olan şeylərə uyğun qəlmirdi, amma biz onu  dərhal tanıdıq: divanə ərəb Abdul Əlhəzrətin yazdığı qadağan olunmuş “Nekronomikon” kitabında bu həmayil Mərkəzi Asianın əlçatmaz Lenq yaylasından ölüyeyənlərin kultunda    ruhun ən məşhun simvolarından biri kimi xatırlanır.  Biz ərəb iblisşunasının bu əsərində qorxunc həmayilin təsvirini  yaxşı xatırlayirdıq; onun ümumi təsvirini, Əlhəzrət belə yazırdı, ölüləri incidən və yeyən insanların əsrarəngiz, fövqəltəbii, ruhunun xassələrini əks etdirirdi.
    Biz boş göz oyuqları olan və zamanın təsirindən ağarmış kəlləyə son nəzər salıb nefrit həmayili qötürərək, heç nəyə  dəyib-toxunmadan tabutu baqladiq. Sent-Con qəniməti paltosunun cibinə qoydu və biz dəhşətli yerdən uzaqlaşmaqa tələstik. Axrınci moment bizə elə qəldi ki gönlucələrin böyuk sürüsü sürətlə  indicə qarət edilmiş qəbirə enir. Amma bu cəmisi göz aldanması ola bilərdı -  axı ki payiz qəmərinin  işığı belə solğun və zəifdir.
   Nöbəti günün səhərı bizi Hollandiyadan İngiltərəyə yollanan gəminin bortunda qarşıladı; bizə əvvəlki kimi elə gəldi ki, güya uzaqdan yekə köpəyin hürüşü gəlib çatır. Güman ki sadəcə olaraq bizdə, qüssə və həsrət qətirən payız küləyinin vıyıltısıla qamçilanmış təxəyyül oyanırdı.

II
Bizim vətən qayitdığımız gündən hec bir həftə keçməmiş  olduqca qəribə hadisələr baş verməyə başladı. Biz,  nə dostlar,  nə qohumlar və ya hətta qulluqçilari olmadan, batağlı çöllüyün kənarında olan qədim malikanədə tərkdünyalar kimi yaşayirdiq,  və olduqca nadir qonaq qapıya öz gözlənilməz taqqıldısıyla bizim rahatlıqımızı pozurdu. İndi isə gecələr,  ancaq giriş qapısının qarşısından əlavə yuxarı və aşağı mərtəbələrin pəncərələrinin qarşısıda da bəzi xışıltilar və taqqıltılar eşidilirdi.  Bir dəfə (biz onda qiraətxanada oturmuşdıq) ikimizə də hətta elə gəldi ki hansı isə bir yekə kölqə ani olaraq pəncərədən baxan  ayin qarşisini tutdu, diqər dəfə bizə nə isə uzaqda olmayan iri qanadların boğuq  şappıltısı kimi bir şey eşidildi.  Bizim,  evin ətrafında axrı ki nələr baş verdiyini  aydınlaştırmaq üçün, cəhtlərmiz heç nə vermədi, və bunu xəyalmızın möcüzəsi kimi izah etdik – bizim qulaqlarmizda indiyə gədər, köhnə holland qəbiristanlıqına basqın edəm zamam qörünmiş, uzaqlardan qələn boğuq hürüş  səsi dururdu. Nefrit həmayil bizim qizli muzeyimizin  taxcalarinın birində saxlanılırdı və hərdən bir biz onun qarşisında qeyri-adı qoxu saçan şamlar yandırırdıq.  “Nekronomikondan” biz bu magik əşyanın xassələri haqqında, onun ruhlarla və kabuslarla bağlılıqı haqqında,  və onun özüdən nəyi rəmz etdirdiyinin əlaqəsi haqqında,  çoxlu yeni məlumatlar əxz etmişdik; bütün bu oxuduqlarımız bizdə vəlvələ yaradmaya bilməzdi. Amma ən qorxulusu irəlidə idi.
   19... ilin 24 sentyabr qecəsi,  mən öz otaqimda oturmuştum, bu zaman  qapının asta taqqıdısı eşidildi. Mən zənn edtim ki, əllbətə, bu Sent-Condur, və oni icəri girməyi dəvət edtim -  cababında kəskin qülüş eşidildi. Qapının dalında heç kəs yox idi. Mən Sent-Conın daliyca cumdum və onu oyadtım; mənim dostum heçnə anlaya bilmədi və heç də məndən az təlaşa düşmədi. Həmin o  qecə bataqlıqlar üzərindəki  boğuq  uzaq hürüş  bizim ücün, öz rəhmsizliyi ilə, dəhşətli reallıqa çevrildi. Dörd qündən sonra, zirzəmidə gizli otaqımızda olarkən, qiraətxanadan zirzəmiyə düşdüyümüz pilləkənə gedən yegənə qapını kiminsə qaşıdıqını eşidtik.  Həmin moment biz ikiqat həyacan keçirirdik, axı ki, naməlumluq qarşısında qorxudan əlavə bizə həmişə çəkinmə əziyyət verirdi ki, kimsə bizim bu iyrənc kolleksiyamızı aşkar edə bilər. Bütün işıqları söndürüb, biz astaca qapiya yanaşdiq və növbəti an cəld onu açdiq, amma qapının dalında heç kəs yox idi, və hardan qəldiyi məlum olmayan kəsif havanın six dalqası üzümüzə çirptı, həmdə sakitlikdə aydınca uzaqlaşan  anlaşılmaz, özünnən hansı isə xışıltının, incə gülüşin və  donqultunun qarşığını əks edtirən, səs eşidildi. Həmin vaxt biz deyə bilməzdik ki, biz ağlımızı itirmişdikmi, sayaqlayirdıqmı,  yada ki ağlımız başımızda idi. Qorxudan quruyub qalaraq, biz  ancaq  bunu anladıq ki, bizdən sürətlə uzaqlaşan kabus nə isə holland dilində mırtıldadı.
    Bu hadisədən sonra vahimə və anlaşılmaz füsunkar cazibələr bizi daha bərk- bərk öz ağuşina aldi. Biz ümumiyətlə belə sadə izahla razılaşırdıq ki, həddindən artıq fövqaltəbii ilə məşqul olduqumuz üçün yavaş-yavaş ikimiz də ağlımızı itiririk, ançaq hərdən bizim ağlımıza belə fikir də qəlirdi ki, biz rəhimsiz nəhs taleyin qurbanı olmuşuq. Qeyri-adi hadisələr o qədər tez-tez baş verməyə başladı ki onları hətta saymaq olmurdu. Bizim tənha malikanəmizdə san ki, hansı isə, mahiyyətini anlamadığımız, dəhşətli varlıq peyda olmuşdu; günü-gündən, bütün  küləklərlə sovurulmüş collüklərdən yayılıb qələn cəhənnəm hürüşü daha da  qüclənirdi. Oktyabrın 29-da biz qıraətxananın pəncərəsinin altında yümşaq torpaq üzərində  geyri-adı ölçüləri və cizgiləri olan bir neçə izə rast qəldik. Bu nəhəng ləpirlər bizi heç də, evin ətrafinda yiqışmış, əvvəllər sayi görünməmiş və daha çoxalan miqdarda gönlücə dəstələrindən, az heyrətləndirmədi.
   Dəhşətli hadisələr noyabrın 18zi axşami öz kulminasiyasina çadtı; Sent-Con yerli dəmiryolu stansiyasindan evə qayıdarkən,
hansısa naməlum və dəhşətli yirtıci məxluq onun üstünə hücüm edti. Zavallının qışqırığı bizim evimizə gəlib çatırdı və mən kömək etməyə tələsdim, ancaq çox qec idi; dəhşətli faciənin yerində mən ancaq yekə qanadların şappıltısını eşidməyə macal tapdim  və  doqmaqda olan ayin fonunda, birdən görünüb yox olan, qara biçimsiz kölqəni gördüm. Mənim dostum ölürdü. Mən ondan, nə  baş verdiyini soruşmağa cəhd edtim, amma o artıq rabitəli cabab verə bilmirdi. Mən təkçə qırıq-qırıq pıçıtı eşıdtim: “Həmayil... lənət...” Bundan sonra Sent-Con həmişəlik susdu, və ondan qalmışlar  hərəkətiz  şil-küt olunmuş bədən kütləsi idi.
   Sabahı gün mən öz dostumu dəfn etdim – düz gecə yarısı, kimsəsiz xəlvət bağda,  təzə məzarım üstündə, onun sağ vaxtı təkrar eləməyi sevdiyi iblis cadularının sözlərindən birini mırtıldayirdım. Sonuncu sətiri oxuyub, mən yenə hardasa bataqliqlardan uzaqda yekə  köpəyin boğuq hürüşün eşidtim.  Ay doğmuşdu, amma mən ona baxmağa cürət etmədim,  ancaq bir azdan sonra onun zəif işıqinda, təpədən-təpəyə uçan, tutqun iri kölqəni gördüm və bihuş halda  özümdən xəbərsiz olaraq yerə yixıldım. Bilmirəm necə vaxt mən orada yatdım;  nəhayət ayağa  qalxaraq mən ağır-ağır evə gedtim, və zirzəmiyə enərək, yaşil nefritdən, sanki mehrabdadır kimi öz taxçasında olan,  həmayılın qarşısında  səcdə edərək,  iblisanə mərasimi yerinə yetirdim.
Köhnə kimsəsiz bataqlıq düzənlikdə olan boş evdə tənha qalmaq qorxulu idi, və səhər, mən özümlə nefrit həmayılı götürüb, Londona yollandım. Bizim küfr  kolleksiamızın qalan əşyalarının bir hissəsini yandırdım, və bir hissəsini isə  yeri qazlıb dərində bastırdım. Amma  dördüncü gün gecə mən şəhərdə yenidən uzaqdan gələn hürüş eşitdim; mənim gəlməyimdən heç bir  həftə  keçməmişdi, qaranlıqın düşməyi ilə mən həmişə özümdə kiminsə mənə dikilmiş baxışlarını hiss etməyə başladım. Bir dəfə axşam təmiz hava ilə  nəfəs almaq üçün, kraliça Viktoriyanın sahilinə çixdım.  Mən sahil boyu asta-asta yeriyirdim, birdən fənərlərdən birinin qarşısını kiminsə qara kölqəsi tutdu və  mənim üstümə gözlənilmədən kəskin küləyin ani şiddəti  çırpıldı.  Həmin dəqiqə mən anladım ki, Sent-Cona üz vermiş aqıbət məni də qözləyir.
   Sonrası gün mən nefrit həmayili səliqə ilə bükdüm və onu  Hollandiyaya apardım. Bilmirəm,  sirli talismanı öz, hazırda hərəkətsiz və səssiz olan, sahibinə qaytarmaq əvəzində mən hansı  mərhəməti  qözləyə bilərdim.  Lakin,  mən zənn edirdim ki, öz həyatımı xılas etmək üçün hər-hansı addımı atmalıyam, əgər onun bir damci mənası varsa.  Bu köpək özündən nə təsvir edirdi,  niyə o məni təqib edirdi -  yenədə aydın deyildi; ancaq ilk dəfə  mən   hürüşü məhz holland qəbiristanlıqıda  eşidtim,  sonraki bütün hadisələr isə, Sent-Conun tələf olması və onun axrıncı  sözləri daxil olmaqla, bizə üz vermiş lənətin və  həmayilın oğurlanması arasında birbaşa əlaqə olduğunu qöstərirdi. Bax buna qörə mən belə təsəvvüredilməz  iztirabın acısını çəkirdim, rotterdam mehmanxanalarından birində gecələyəndən sonra  aşkar etdim ki, mənim yeganə xılas olmağımın çarəsi oğurlanıb.
    Həmənki gecə hürüş ayrı cür qüclü  idi, ertəsi gün isə mən qəzetlərdən qəddar cinayət barədə oxudum. Qanlı faciə şəhərin an çox şübhəli  məhəllələrinin birində baş vermişti, yerli tör-töküntülər  ölümcül surədtə qorxmuşdu.  Şəhərin xarabalıqlarının üstünə elə dəhşətli  cinayətin  zülmətli kölqəsi enmişdi ki, onun sakinlərinin ən rəzil hərəkətləri  belə  bunun qarşisında solğun qörünürdü. Hansı isə oğurluq məskəninin  birində, bütöv bir cinayətkar dəstəsi naməlum, özündən sonra heç-bir iz qoymamış, məxluq tərəfindən hərfən parça-parça tikələnib dağıdılmışdi. Heç-kəs heç-nə qörməmişdi, -  qonşular  ancaq bütün gecəni susmayan iri köpəyin sakitləşməyən uğultulu hürüşünü  eşitmişdilər.
  Və bax mən yenə də qaranlıq kənd qəbiristanlığında, qış qəmərinin  solğun işığında bütün əşyaların qorxunc kölqə saldığı yerdə,  dayanmışam;  çilpaq ağaclar kədərlə girovla örtülü qurumuş otlara  və çatlamış qəbir pilətələrinə baş əyirdi, sarmaşıqla örtülmüş ibadətgahın şpili isə qəzəblə soyuq səmanı yarırdı, -  və bütün bunlarım üzərində soyuq bataqlıqdan və buzlu dənizdən əsən gecə küləyi dəlicəsinə ulayirdı.  O gecə hürüş güclə eşidilirdi, üstəlik tamam ilə susdu, mən bir az bundan əvvəl qarət olunmuş qəbirə yaxınlaşarkən qeyri-adı böyük  gönlücə  dəstəsi  hürkərək, məşum maraqla qəbirstanlıq üzərində halay vırmaqa  başladı.
   Mən ora niyə qetmışdim?  Sitayiş etməyə,  sədaqətə  and içməyə, ya da ki,  dilsiz-ağızsız ağ sümüklərin qarşisında peşman olmaq üçün? Dəqıq deyə bilmərəm, lakin  mən donmuş torpaqa elə quduzluqla və ümüdsizliklə  cumdum ki, elə bil öz ağılımdan başqa məni  zahiri bir qüvvə idarə edirdi.  Qəbiri qazımaq sən demə mənim qözlədiqimnən çox yungül imiş, amma, buna baxmayaraq məni qəfil maniyə qözləyirmiş:  başımın  üzərində uçan  çoxsaylı caynaqlı  canlı məxluqlardan biri  laptan aşağı şığıdi və özünü qazılmış torpaq qalağina çirpmağa başladı; mən gönlücəni belin zərbəsi ilə öldürməyə məcbur oldum.  Nəhayət mən özümü yarıçürümüş uzunsov yeşiyə çatırdım və qəbirin nəmliyi hopmuş ağır qapağı qaldırdım.
    Köhnə tabutda qıvrılaraq, tamami ilə iri tərpəşən yarasa kütləsilə yapışmış, bizim bir az bundan qabaq qarət etdiyimiz skelet uzanmıstı;  onun əvvəlki rahatlıqından və təmizliyindən heçnə qalmamıştı;  indisə onun kəlləsi və sümükləri -  onlar qörsəndiyi yerdə -  laxtalanmış qanla və insan dərisi tikələri ilə,  onlara  yapışmış tüklərlə örtülmüştü; alışan göz oyuqları . məna və qəzəblə baxırdı, iti qanlı dişlər qorxunc eybəcərliklə sıxılmıştı, sanki mənə dəhşətli aqıbətimi  qabaqcadan xəbər verirdi. Aqarmış dişləri olan cəhəngdən alçaq, istehzaya oxşayan  hürüş qüruldayan vaxt,  mən  iyrənc, qana bulanmış möcüzənin sümiklərinin arasında, bir az budan qabaq məndən oğurlanmış yaşil nefritdən olan həmayili  görəndə, ağılım başımdan çıxtı. Cır səslə qışqıraraq mən kənara tullandım,  və tezliklə mənim qışqırıqlarım artıq daha çox isterik qəhqəhəyə oxşayırdı.
    Ulduzlu külək dəlilik qətirir... bu caynaqlar və köpək dişləri əsirlər boyu insan sümükləriylə itilənmişti...  qecə kimi qaranlıq, zamanın dağıdıb xaraba qoyduğu Velialın məbədlərindən,  gönlücələrin qanadlarında gələn qanlı ölüm... indi, ölü cisimsiz mövcüzənin hürüşü daha gürlaştıqca, iyrənc pərdəli qanadların şapıltısı mənim başımın üzərində daha yaxından eşidildikcə, ancaq revolver mənə unutmaq, - adı olmayan, və adlandırmaq münkün olmayan şeydən yeqənə etibarlı sığınacaq, - verə bilərdi.

Tərcümə: Bəyazid  Rzayev

Azatot

Azatot
Dünya qocalanda və təəccüblənmək qabiliyyəti insanlari tərk edərkən, boz şəhərlər öz zülmətli eybəçər qüllələri ilə səmaya can atarkən, onlarin kölgələrində hec kəsin ağlına da gəlməzdi ki günəş və baharda cicəklənən cəmən haqqında arzulasın, maarifçilik Yer üzərindən əsrarəngiz örtyü qopararkən və şairlər ançaq bulanıq və öz daxilinə baxan qözləri ilə qırılan kabuslar haqqinda yazmağa başlarkən, bu zaman qəlmişkən və uşag arzulari həmişəlik yox olmuşkən, ərzi tərk etmiş arzulari axtarmağa məkan hüdudlarindan kənara yola düşmüş bir insan tapıldı. 

Bu insanın adı və məskəni haqqinda az yazılıb, çünki onlar yarimçık oyanmış aləmə məxsus idilər, amma bu və başqa bir şey haqqında anlaşılmaz nəsə yazırdılar. 
Bizim bunu bilməyimiz kifayətdir ki, onun hündür divarlarla əhatə olunmuş əbədi zülmətin şahlig etdiyi, sübhdən alaqaranliğa gqədər çalişdigi otağina gələrək, axşamlar isə pencərələri nə meşəliyə, nə də çöllüyə çixmayan, amma ümüdsiz və küt baxişlarla başqa pəncərələrə baxan, bir şəhərdə yaşayirdi. 
Bu quyunin dibindən ancaq divarlar və pencərələr görünürdi, həqiqətən hərdən pencərədən tamami ilə bayıra çıxdıgda, yan keçən ulduzları görmək mümkün idi.
Necəki pencərələr və divarlar gec-tez çoxlu mütaliyə edən və coxlu arzu edən insanın ağlını başından ala bildiyi ücün, bu otağın sakını hər qecə pencərədən başini çıxarmağa və gözünün ucuyla bu aləmə məxsus olmayan bir şeyi, onun bozumtul çoxmərtəbəli şəhərləriylə, görməyə vərdiş etmişdi.
Bir cox illərdən sonra o yavaş-yavaş axan ulduzlara ad verməyə başladı və onları maraqlanan baxişlarila seyr etmyə başlarkən hələ də onun gözlərinə adi insanlarin şübhələnmədiyi bir şeylər açılmayinca, təəsufki onlar rədd olub uzağa sürüşürdilər. Beləki  bir axşam, demək olarki dibsiz uçrumu qət edərək, arzuolunan göylər bu insanin pəncərəsinə endilər və onun otağinin havasiyla qarişaraq, onu öz nağıllı möcüzələrinin bir hissəsi etdilər.
Onun otağina gizili zərrəciklərlə parlayan, yer üzərində olmayan qoxu ilə, məkan hüdudlarindan kənardan atəş və toz topalari, qasırğa ilə hücum edərək bənövşəyi gecəyarısinin ramedilməz axınıyla zühur etdi. İnsanlarin azacıq da təsəvvürü olmadiğ günəşlərlə alışdırılmış narikotik okeanlar orda hay-küy salırdılar, və onlarin ağlagəlməz dərinliklərində görünməmiş delfinlər və dəniz pəriləri üzürdilər. 
Küysüz və hüdudsuz məkan xəyalpərəsti qucaqladı və oni apardı, onun hərəkətsiz tənha pəncərəaltlığında asılmış bədəninə toxunmadan, sonra yer üzərində olmayan təgvimlərlə sayı ölçulə bilməyəcək çoxlu günlər ərzində məkan hüdudlarindan kənar axınlarla, incəliklə onu onun arzularina apardılar, həmən o arzulara ki, onlar haqqında bəşəriyyət coxdan unutmuştu. 


Hec kəsə məlum deyildi ki, necə zaman mərhələsində onlar onu yaşıl, günəşin isitdiyi, lotoslarin goxosuyla yelpiklənmiş və qırmızı ulduzlarla bəzənmiş sahildə, yatmaqa imkan verdilər.

Tərcümə: Bəyazid  Rzayev

воскресенье, 9 января 2011 г.

Bioqrafia


Hovard Fillips Lavkraft
Doğulub 20 avgust 1890, Providens, Rod-Aylend,  ABŞ —  öıüb 15 mart 1937, ordaca -amerika yazıcısı, şair və jurnalist. Mistika, dəhşət və fentezi janrlarında yazaraq, onları orijinal stildə uyğunlaşdırmışdir. Ktulhu miflərinin Banisidir. Robert Govardla bərabər fentezi janrının əsasını qoyanlardan biri sayilır. Lavkraftın sağlığında onun yaradıcılığı böyük popularlıqla istifadə olunmurdu, amma vəfatından sonra onlar bizim cadaşmız olan kütləvi mədəniyyətin formalaşmasına güclü təsir göstərdi. Onun yaradıcılığı o gədər unkikaldir ki, Lavkraft əsərləri xüsusi "lavkraft dəhşətləri" adlanan podjanra ayrılırlar

Lavkraft Providenstə doğulub (ABŞ, Rod-Aylend ştatı). O ticarət agenti Uilfid Skott Lavkraft və Sara  Syüzan Fillips Lavrkraftarın ailəsində  yegənə uşaq idi. Məlumdir ki, onun əcdadları Massaçusets görfəzi koloniyası  vaxtından Amerikada yaşayirdılar (1630). Govardın üç yaşı olanda, Uilfridi psixiatiyiya xəstəxanasına qoymustular, orada o beş il müddətində ölənə qədər qaldı (19 iyun 1898 il).

Lavkraft ansı, iki xalası və babası (Uippl Ban Byuren Fillips) tərəfindən tərbiyə olunmuşdur. Govard vunderkind idi - hələ iki yaşında ikən şeirləri əzbər oxuyurdu,  altı yaşinda isə özü artıq şeirlər yazırdi. Ştatın ən böyük qiraətxanasın sahibi olan babasının sayəsində, o klassik ədəbiyatla tanış oldu.  Klassika ilə yanaşı  o gotik proza və “min bir gecə” ərəb nağilları ilə maraqlanırdı .
6-8 yaşında ikən Lavkraft günümüzə qədər gəlib catmamış  bir-necə  hekəyə yazmıştı. 14 yaşinda ikən Lavkraft öz birinci ciddi yaradıcılığı olan “Mağaradaki vəhşi heyvan ” əsərini yazır.
Uşaq vaxtı Lavkraft tez-tez həstələnirdi və məktəbə ancaq səkkiz yaşında getmişdir, amma onu bir ildən sonra  oradan götürmüştilər. O çoxlu mütaliyə edirdi  və  eyni zamanda kimiyanı örqəniridi, 1899 ildən başlayaraq (“Elmi qazet”də) bir neçə əsər yazmışdi  (onları hektoqrafta kiçik tirajla çap edib çoxaldmıştı).  Dörd ildən sonra o yenidən məktəbə qayıtdı.
Uippl Van Buren Fillips 1904 ildə vəfat edti, bundan sonra onun  ailəsi çox yoxsullaştı və həmin küçədə  nisbətən  kiçik evə köçməyə məcbur oldu. Başqa yerə köçmək Govardı çox kədərləndirdi və o hətta intihar  etmək haqqında beyninə fikir gətirirdi. 1908-ci ildə ona baş vermiş əsəbi kəskinlik üzündən  məktəbi  bitirmədi və buna qörə çox utanırdı.
Lavkraft hələ uşaq ikən fantastika yazırdı (“Mağaradaki vəhşi heyvan ” (1905), “Əlkimiyaçı” (1908)),  lakin sonralar ona poeziya və esseni üstün tudtu. Bu “qeri-ciddi” janra o ancaq 1917 ildə “Daqon” və  sonra “Məqbərə”   hekəyaləri ilə qayıtdı. 1923 ildə  “Əsrarəngiz hekayələr ” (Weird Tales) jurnalıda  işiq üzü görmüş  “Daqon”  onun birinci nəşr olunmuş yaradıçılığı idi. Eyni zamanda Lavkraft birinci, nəticədə XX ərisin ən iri həcimli olmuş, yazışmasına başladı . Onun müxbiləri arasıda  Forrest Akkerman, Rober  Blox və Robert Hovard var idi.
Hovardın ansı Sara, uzun sürən isteriyadan sonra  depressiyaya qapıldı və ərinin öldüyü müalicəxanaya düşdü,  və  21 may 1921 ildə  orada  vəfat edti.  O özünün son  günlərinə qədər oğluna məktub yazırdı.
1919-1923 illərdə Lavkraft fəal surətdə yazırdı, həmin illərdə o 40-dan artıq, o cümlədən şərikli müəllifliklə, hekayə yaratmışdi.
Sonralar həvəskar jurnalistlərin  iclasında Hovard Lavkraft ukrain-yəhudi mənşəli və özundən yeddi yaş özündən böyük olan Sonya Grinə rast gəlmişdi.  Onlar 1924 ildə evlənib   Bruklinə (Nyu-York) köçtülər. Sakit  providenstən sonra Nyu-York həyatı Lavkraftın hoşuna gəlmədi.  Onun “O” hekəyasi çox cəhətdən avtobioqrafik idi. Bir neçə ildən sonra ər-arvadla ayrıldılar,  buna baxmayaraq  boşanmanı rəsmiləşdilər. Lavkraft öz doğma şəhərinə qayıtdı.  Uğursuz kəbinə qörə bəzi bioqraflar onun aseksual olduğunu güman edirdilər, amma  Grin onu, əksinə olaraq, “yaxşı  məşuq” adlandırırdı .
Providensə qayidaraq Lavkraft 1933 ilin özünə qədər, Braun-strit  10 ünvanlı, “viktorian  dövrünündən qalma  böyük taxta evdə” yaşayırdı. (bu ünvan  “Çarlz Dekster Vardın qəziyəsi” povestində  doktor Uilletin ünvani idi). Bu dövrdə  o praktik olaraq özünün,  jurnallarda çap olunmuş (əsasən “Əsrarəngiz hekayələr”də), bütün qısa hekəyələrini, həmdə  çoxlu böyük (“Çarlz Dekster Vardın qəziyəsi” və “Ağılsızlıq sıra dağları” kimi) işləri  yazmısdı.  Yazıçılıq uğurlarına baxmayaraq, Lavrkraftın həmişə ehtiyac içində olmuşdu. Onu yenə, ancaq artiq kiçik, evə köçmişdi. Robert  Hovadrın intiharı  ona  güclü  təsir təsir etmışdi. 1936 ildə  yazıcıda, ac qalmağın nəticəsi olan,  bağırsaq xərçənqi  aşkar edtilər. Hovarrd Fillips Lavkraft 15 mart 1937 ildə Preovidenstə  ( ABŞ, ştat Rod-Aylend)  vəfat edib.