воскресенье, 6 марта 2011 г.


Yaddaş


Nis vadisində ançarların məhedici yarpaqlarina  öz hamar olmayan hilalının uclyla toxunaraq, kiçilən ay  ölü kimi və  tutqun işıq saçır. Vadinin dərinliyində əbədi zülmətin şahlıq edtiyi  çoxlu  guşələr var və orda yaşayanlar hamsı özgə baxışlardan etibarlı surədtə qizlədilib.  Ot və kol basmış yamaclarda dağılmış saray xarabalıqlarının ortasında,  sarmaşan bitkilərin sürünən meynələri və pöhrələri döşənirlər -  sınıq sütunları və sərt monolirləri bərk-bərk toxuyaraq, onlar naməlum memarların əlləri ilə tikilmış mərmər qalereyaların uzərinə dirmaşırlar.   Viran qalmış  çöl-bayırın  ortasında ucalan nəhəng ağacların budaqlarında meymuncıqlar oynaqlaşırlar, və dərin yeraltı mağaralardan, harda ki  tükənməz xəzinələr gizlədilib,  zəhərli ilanlar və adı olmayan axçalı məxluqlar sürünüb  uzə çixırlar.
  Çox yekə daş qayalar nəm mamır yorğanın altında ölü yuxu ilə
uyuyurlar -  möhtəşəm divarlardan qalan ancaq bunlardir.  Nə vaxt isə bu divarlar əbədi qalmaq üçün tikilmişdilər və, həqiqi desək, bu günə kimi nəcib məqsədə qulluq edir, çünki qara quru qurbağası onun kölgəsində özünə sığınacaq tapıb.
   Vadinin  ən dibində San çayi öz bulanıq-suvaşqan suların axıdır.  Məlum deyil ki, bu çay mənbəyini haradan götürür və hansı sualtı mağaralara tökülür, və hətta Vadinin  İblisi özü belə xəbərsizdir ki, onun suları şırıltı ilə hara axır və nədən onların rəngi belə qızmızıdır.
 Bir dəfə  ayin şualarında olan Cin, Vadinin  İblisinə belə bir nitqlə müraciət etdi:
  -Mən qöcayam və çox şeyi yaddan çıxardmışam. Söylə mənə, daştan bu tikililəri ucaldanlar, necə görünürdilər, nə edirdilər və özlərini nəcə adlandırırdılar?
  Və İblis cabab verdi:
 -Mən - Yaddaşam və keçmiş haqqında səndən çox bilirəm. Amma hər şeyi yadda saxlamaq üçün olduqca qocayam. O kəsləri ki sən soruşursan, San çayinın suları kimi  anlaşılmaz və əlçatmaz idilər. Onların əməlləri mənim yadıma gəlmır, ona görə ki bu əməllər bir göz qırpımı qədər davam edirdilər. Onların xaricı görkəmi tutqun şəkildə mənim yadıma gəlir və düşünürəm ki onlar o budaqlardaki meymunciğa bənzəyirdilər. Və  ancaq adı həmişəlik yaddaşımda qalıb, çünki o çayın adı ilə həmahəng idi. İnsan – bu qayidmadan keçmişə qərq olmuş  yaranmışlar belə adlanırdı.
  Bu cür cababı alıb, Cin öz yerinə  aya qayıtdı. İblis isə yenə xeyli fikirli halda, viran qalmış  çöl-bayırın  ortasında ucalan nəhəng ağacların budaqlarında oynaqlaşan meymuncığa baxırdı.