понедельник, 10 января 2011 г.

Azatot

Azatot
Dünya qocalanda və təəccüblənmək qabiliyyəti insanlari tərk edərkən, boz şəhərlər öz zülmətli eybəçər qüllələri ilə səmaya can atarkən, onlarin kölgələrində hec kəsin ağlına da gəlməzdi ki günəş və baharda cicəklənən cəmən haqqında arzulasın, maarifçilik Yer üzərindən əsrarəngiz örtyü qopararkən və şairlər ançaq bulanıq və öz daxilinə baxan qözləri ilə qırılan kabuslar haqqinda yazmağa başlarkən, bu zaman qəlmişkən və uşag arzulari həmişəlik yox olmuşkən, ərzi tərk etmiş arzulari axtarmağa məkan hüdudlarindan kənara yola düşmüş bir insan tapıldı. 

Bu insanın adı və məskəni haqqinda az yazılıb, çünki onlar yarimçık oyanmış aləmə məxsus idilər, amma bu və başqa bir şey haqqında anlaşılmaz nəsə yazırdılar. 
Bizim bunu bilməyimiz kifayətdir ki, onun hündür divarlarla əhatə olunmuş əbədi zülmətin şahlig etdiyi, sübhdən alaqaranliğa gqədər çalişdigi otağina gələrək, axşamlar isə pencərələri nə meşəliyə, nə də çöllüyə çixmayan, amma ümüdsiz və küt baxişlarla başqa pəncərələrə baxan, bir şəhərdə yaşayirdi. 
Bu quyunin dibindən ancaq divarlar və pencərələr görünürdi, həqiqətən hərdən pencərədən tamami ilə bayıra çıxdıgda, yan keçən ulduzları görmək mümkün idi.
Necəki pencərələr və divarlar gec-tez çoxlu mütaliyə edən və coxlu arzu edən insanın ağlını başından ala bildiyi ücün, bu otağın sakını hər qecə pencərədən başini çıxarmağa və gözünün ucuyla bu aləmə məxsus olmayan bir şeyi, onun bozumtul çoxmərtəbəli şəhərləriylə, görməyə vərdiş etmişdi.
Bir cox illərdən sonra o yavaş-yavaş axan ulduzlara ad verməyə başladı və onları maraqlanan baxişlarila seyr etmyə başlarkən hələ də onun gözlərinə adi insanlarin şübhələnmədiyi bir şeylər açılmayinca, təəsufki onlar rədd olub uzağa sürüşürdilər. Beləki  bir axşam, demək olarki dibsiz uçrumu qət edərək, arzuolunan göylər bu insanin pəncərəsinə endilər və onun otağinin havasiyla qarişaraq, onu öz nağıllı möcüzələrinin bir hissəsi etdilər.
Onun otağina gizili zərrəciklərlə parlayan, yer üzərində olmayan qoxu ilə, məkan hüdudlarindan kənardan atəş və toz topalari, qasırğa ilə hücum edərək bənövşəyi gecəyarısinin ramedilməz axınıyla zühur etdi. İnsanlarin azacıq da təsəvvürü olmadiğ günəşlərlə alışdırılmış narikotik okeanlar orda hay-küy salırdılar, və onlarin ağlagəlməz dərinliklərində görünməmiş delfinlər və dəniz pəriləri üzürdilər. 
Küysüz və hüdudsuz məkan xəyalpərəsti qucaqladı və oni apardı, onun hərəkətsiz tənha pəncərəaltlığında asılmış bədəninə toxunmadan, sonra yer üzərində olmayan təgvimlərlə sayı ölçulə bilməyəcək çoxlu günlər ərzində məkan hüdudlarindan kənar axınlarla, incəliklə onu onun arzularina apardılar, həmən o arzulara ki, onlar haqqında bəşəriyyət coxdan unutmuştu. 


Hec kəsə məlum deyildi ki, necə zaman mərhələsində onlar onu yaşıl, günəşin isitdiyi, lotoslarin goxosuyla yelpiklənmiş və qırmızı ulduzlarla bəzənmiş sahildə, yatmaqa imkan verdilər.

Tərcümə: Bəyazid  Rzayev

Комментариев нет:

Отправить комментарий